Plan üzrə əvvəldən elan olunmuş rayonlar qüvvədə qalır. 2026-cı ildə Təzəpir məscidinin ətrafı, "Bayıl şəhər" adlandırılan ərazilər, keçmiş Sovetski ərazisində yerləşən və artıq sökülmüş binaların qalıqlarını əhatə edən sahələr söküntü prosesinə cəlb olunacaq.
Bakupost.az xəbər verir ki, bunu Baku.vs-yə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, həmçinin yeni tikiləcək metro stansiyalarının ətrafı və tramvay xətlərinin keçəcəyi küçələr də bu prosesə daxil ediləcək:
"Xüsusilə Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı, o cümlədən Salman Mümtaz, Xanlar Ələkbərov, Qanbay Vəzirov, Yusif Qasımov, Rzaquliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin 2026-cı ildə və sonrakı illərdə mərhələli şəkildə söküntüyə məruz qalacağı gözlənilir. Nərimanov rayonunda isə Montin və Keşlə bazarı ətrafı ərazilər bu prosesə cəlb olunacaq".
A M Ş Kucesi arb kanalin arxasindaki bina isdifadeye yararsiz haldadi pis iyler qoxular ve en esasida binanin altinda lotqa lazimdi gezmeye
4cu mikrorayonda da zirzəmisi su dolu qəzalı,iyli binalar çoxdu
Papaninin sökülmə kimi şansı var? Ya saxlanılırki sonrakı nəsillərə nümunə kimi göstərilsin çox maraqlıdır
Nolar ki, o papanin da sökülsə... (((
Kicik m2li yasayanlari menzille temin etsinler.O evlerin ekseriyyetinin kupcasi evin boyuyunun adinadi ve elbettdeki artiq neve netice sahibidirler.aileler kicik m2de yasayirlar verilen kompensasiyaya hecne almaq olmur.ailelerdeki qrup elillerini,yaslilari,dovlet isinde islemeyenleri nezere almaq lazimdi.hara getsinler,nece ev alsinlar?
Süleyman Rəhimov ümumiyyətlə 156dan sökülməlidir
Nəsimi ray Süleyman Rəhimov küç 213 biyabırçı gündədi elə burada sökülməlidir
Bəs Nargilə kafesinin ətrafında tikilən binalar söküləcək ordada deyirlər merro stansiyası açılacaq
CEYHUN HACIBEYLI KUCESI BINA 64 PIS VEZIYYETDEDIR. BU BINADA TECILI SOKULMELIDIR.