Ru
17:32 / 24 Avqust 2026

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq
Eye

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə "Bakupost"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məhdudiyyət 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək və 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək tətbiq ediləcək.

Agentlik sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmalarını xahiş edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar