Ru
13:11 / 02 İyul 2026

Bakının mərkəzində bu yollar tam bağlanır

Bakının mərkəzində bu yollar tam bağlanır
Eye

Bakıda daha iki yol sahəsində təmir işləri icra edilir.

Bu barədə "Bakupost"a Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Belə ki, bu gün saat 10:00-dan iyulun 4-ü, saat 07:00-dək Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) yol tam bağlanır.

Bu gün saat 10:00-dan sabah saat 22:00-dək Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) hərəkət qismən məhdudlaşdırılır. Sabah saat 22:00-dan iyulun 6-sı, saat 07:00-dək isə bu yol tam bağlanacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar