Ru
22:58 / 19 Sentyabr 2026

Bakının mərkəzində parklanma yerləri bağlanır - XƏBƏDARLIQ

Bakının mərkəzində parklanma yerləri bağlanır -  XƏBƏDARLIQ
Eye

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar şəhərin mərkəzi küçələrində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət sentyabrın 20-dən 29-dək qüvvədə olacaq.

Sürücülərdən nəqliyyat vasitələrini park edərkən ərazidəki parklanma nişanlarına diqqət yetirmələri və məhdudiyyət tətbiq olunan yerlərdə avtomobillərini saxlamamaları xahiş olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar