Ru
10:14 / 21 Oktyabr 2026

Bakının mərkəzində restoran yandı - VİDEO

Bakının mərkəzində restoran yandı  - VİDEO
Eye

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Bakupost"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan restoranın mətbəxində sobada yağ qalıqları yanıb.

Restoran və yaşayış binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar