Ru
18:54 / 21 Sentyabr 2026

Bakının mərkəzində yanğın: Nazirlik əməkdaşları hadisə yerinə gəldi

Bakının mərkəzində yanğın: Nazirlik əməkdaşları hadisə yerinə gəldi
Eye

Paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Bu barədə FHN məlumat yayıb.


Qeyd olunub ki, hadisə zamanı xəsarət alan olmayıb.

***

18:28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.


"Bakupost" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar