Ru
11:18 / 11 İyun 2026

Bakının yaxınlığında yeni hava limanı tikilir

Bakının yaxınlığında yeni hava limanı tikilir
Eye

Yüksək texnologiyalı sənayelər üçün daha bir vacib amil hava limanının yaxınlıqda yerləşməsidir. Bu məqsədlə biz yerli daşıyıcı olan "Silk Way Airlines" ilə birlikdə Ələt Azad İqtisadi Zonasında yük hava limanının yaradılması üzərində çalışırıq.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, bunu Bakıda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" adlı tədbirdə Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.

Sədr qeyd edib ki, bu, regionda ilk belə layihə olacaq.

“Tikintisinə 2024-cü ilin mart ayında başlanılıb və gələn il istifadəyə verilməsi planlaşdırılır. Hava limanı fəaliyyətə başladıqdan sonra yüksək texnologiyalar sahəsində çalışan şirkətləri zonaya daha rahat şəkildə cəlb edə biləcəyik”.

O həmçinin vurğulayıb ki, investorlar üçün mühüm məsələlərdən biri də hazır infrastrukturdur:

“Biz investorlara əvvəlcədən hazırlanmış, istifadəyə tam hazır sənaye sahələri və torpaq sahələri təqdim etməyə hazırıq. Bəzən soruşurlar ki, niyə hələ tələb yaranmamışdan əvvəl bu qədər vəsait xərcləyərək infrastrukturu hazırlayırsınız? Cavab sadədir: hazır infrastruktur olmadan investor cəlb etmək mümkün deyil. Dünyadakı uğurlu nümunələr - Şanxay, Sinqapur və digər iqtisadi zonalar bunu sübut edib. Məsələn, Sinqapurda Jurong adası məhz iqtisadi zonaların inkişafı üçün yaradılıb”.

V.Ələsgərov onu da əlavə edib ki, digər mühüm məsələ qanunvericilikdir:

“Vergi və gömrük güzəştləri vacibdir, lakin iqtisadi zonanın cəlbediciliyini müəyyən edən əsas amillərdən biri hüquqi çərçivədir”, - deyə o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar