Ru
09:12 / 21 Mart 2026

Hövsanda müəllim qətlə yetirildi - FOTO

Hövsanda müəllim qətlə yetirildi - FOTO
Eye

Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.


Qeyd edək ki, iki uşaq anası Pərvanə Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində müəllim işləyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar