Ru
18:19 / 14 Sentyabr 2026

Bank kartı məlumatlarınızı oğurlayan 6 saxta sayt aşkarlandı - RƏSMİ

Bank kartı məlumatlarınızı oğurlayan 6 saxta sayt aşkarlandı -  RƏSMİ
Eye

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "TikTok" platformasında ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlayıb.


"Bakupost" xəbər verir ki, bu barədə MKA məlumat yayıb.

Bildirilib ki, saytlar "Azercell", "Bakcell" və "Nar" operatorlarının endirimli internet və danışıq paketlərini təklif edir, real ödəniş xidməti göstərmir və istifadəçidən bank kartı rekvizitlərini tələb edir.

Fəaliyyət ayrı-ayrı hadisələr toplusu deyil, vahid nümunə üzrə qurulmuş şəbəkədir. Hər bir hal eyni dörd elementdən ibarətdir: qanuni ödəniş brendini təqlid edən ad, ucuz və ya pulsuz hostinqdə yerləşən sayt, "TikTok" hesabı və həmin hesabın ödənişli reklamı. Yalnız brend adı dəyişir, quruluş isə dəyişməz qalır.


Ödənişli reklamın istifadəsi bütün hallarda təsdiqlənmişdir: materiallarda "Ad" nişanı, "Learn more" və "Shop now" düymələri yer alır. Bu, hər hesabın arxasında reklam kabineti, ödəniş vasitəsi və doğrulanmış əlaqə məlumatlarının olduğunu göstərir.

Araşdırmanın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar