Ru
15:33 / 15 Oktyabr 2026

Bank qanunvericiliyində dəyişiklik: İslam bankçılığı Azərbaycana gəlir?

Bank qanunvericiliyində dəyişiklik: İslam bankçılığı Azərbaycana gəlir?
Eye

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqi üçün bazarda islahatların aparılması məqsədi ilə normativ hüquqi akt layihələri hazırlanıb.

“Bakupost” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

İslam maliyyəsi mexanizmlərinin tətbiqinə nail olmaq üçün konkret nə kimi islahatların aparılmasına ehtiyac var?

İqtisadçı ekspert Emin Qəribli “Bakupost”a bildirib ki, İslam bankçılığı xüsusən də böhranlı dövrlərdə iqtisadiyyatımızın qorunması baxımından vacib elementdir:

“Amma İslam bankçılığı ilə bağlı geniş tətbiq və təcrübə olmadığından bu istiqamətdə hansısa təkliflər vermək də çətindir. Kommersiya bankıları bu sahəyə investisiya yatırmaqda maraqlı olmalıdırlar”.

Müsahibimiz hesab edir ki, müsəlman ölkələrinin investorları təşəbbüs göstərərək, ölkəmizdəki banklarda müəyyən portfel açıb, həmin sahə ilə geniş məşğul olmaqda maraqlıdır.

İqtisadçının fikrincə, İslam bankçılığı mexanizminin tətbiqi üçün vergi və bank qanunvericiliyində bəzi dəyişikliklər olmalıdır:
“Belədə həmin istiqamətdə ilkin mənbə yarandıqdan sonra, vergi və bank qanunvericiliklərində müəyyən dəyişikliklərə gedilə bilər”.

O qeyd edir ki, Mərkəzi Bank da artıq prosesin başlanmasında israrlı görünür:

“Xüsusən də görürük ki, sözügedən prosesin inkişafında Mərkəzi Bankda da maraqlıdır. Onun prosesdə maraqlı olması bir neçə səbəblə bağlıdır. Daha təhlükəsiz sistem olması baxımından İslam bankçılığı önəmlidir. Digər tərəfdən, Azərbaycanın müsəlman ölkələrilə əməkdaşlığı daim genişlənir. İslam Bankı və digərləri sözügedən təşəbbüslərlə çıxış edib və təbii ki, onu dəyərləndirməliyik”.

Həmsöhbətimiz düşünür ki, yaxın zamanlarda ölkəmizdə də İslam bankçılığının əsası qoyulacaq.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar