Banqladeşdə güclü musson yağışları ağır fəlakətə səbəb olub.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, son günlər şiddətlənən yağışlar daşqınlara və torpaq sürüşmələrinə yol açıb.
Hadisələr nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb. Bir milyondan çox insan zərər çəkib.
Paytaxt Dəkkə də daxil olmaqla bir çox ərazidə torpaq sürüşmələri on minlərlə insanı evsiz qoyub.
Mütəxəssislər bildirir ki, iqlim dəyişikliyi yağışların daha intensiv və tez-tez yağmasına səbəb olur.
Bahar Babaşova, BakuPost