Ru
11:11 / 18 Sentyabr 2026

Ermənistanın keçmiş baş nazirinin qardaşı saxlanıldı

Ermənistanın keçmiş baş nazirinin qardaşı saxlanıldı
Eye

Ermənistanda sabiq baş nazir Ovik Abramyanın qardaşı Henrik Abramyan saxlanılıb.

"Bakupost" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

Henrik Abramyan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayətin törədilməsinə kömək etməkdə şübhəli bilinir. Ona həmçinin vəzifə saxtakarlığı və saxta sənədlərdən istifadə ittihamları irəli sürülüb.

Bundan əvvəl Ermənistanın Korrupsiyaya Qarşı Məhkəməsi Henrik Abramyan və Ovik Abramyanın iki kürəkəninə məxsus olduğu ehtimal edilən qanunsuz mənşəli əmlakların müsadirəsi ilə bağlı iddianı icraata qəbul edib.

Söhbət 20-dən çox daşınmaz əmlak obyektindən gedir.

Henrik Abramyan daha əvvəl də cinayət işlərində adı keçən şəxslərdən olub. O, 2018-ci ildə qanunsuz silah saxlama işi üzrə saxlanılıb.

2025-ci ildə isə ona vergidən yayınma ittihamı irəli sürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar