Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən şəxslərdən biri də “Abdullah İmamoğlu” adı ilə tanınan ilahiyyatçı, yazıçı Zəkəriyə Candır.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, o, qatı islamçıdır və mühafizəkar dairələrdə fəaliyyət göstərir.
1981-ci ildə Niderlandda anadan olan Z.Can Rotterdam İslam Universitetinin “Hədis” bölməsini bitirib. Daha öncələr Niderlandda optika sahəsində işləyib.
2012-ci ildə Türkiyəyə köçdükdən sonra "Köklü dəyişim" (Köklü Değişim) jurnalı və platforması çərçivəsində təfsir dərsləri keçməyə, məqalələr yazmağa və video proqramlar hazırlamağa başlayıb. Onun proqramları arasında “Təfsirül-Furqan” da var.
2014-cü ildə sözügedən jurnalda “Abdullah İmamoğlu ilə Təfsirül-Furqan” adı altında təfsir dərslərinə başlayıb.