Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib.
"Bakupost" xəbər verir ki, müğənni bununla bağlı açıqlama verib.
İlk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayıb və haqqında yayılan iddiaları qəti şəkildə təkzib edib:
"Bilirsiniz, mənim uşaqlığım Almaniyada keçib. Uşaq evində qalmışam. İlk öyrəndiyim din xristianlıq idi. Hz.İsanı hələ də sevirəm, amma nəticədə mənim mahiyyətim, dinim İslamdır. Dinimi dəyişdirdiyimlə bağlı iddialar gülüncdür. Amma bütün dinlərə hörmət edirəm. Bütün dini məkanlara da marağım var və məscidləri, kilsələri və digər ibadət yerlərini ziyarət edirəm. Heç kim bunu sorğulaya bilməz", - deyə o qeyd edib.