Ru
17:52 / 27 May 2026

Bayramda bunu edənlər günaha batır

Bayramda bunu edənlər  günaha batır
Eye

Qurban bayramında heyvanların kəsilməsi sadəcə dini ayin deyil, həm də ciddi gigiyena və ictimai məsuliyyət tələb edən prosesdir. Son illər qurbanlıqların yalnız xüsusi kəsim məntəqələrində kəsilməsi məsələsi daha çox aktuallıq qazanır. Bu addım dini qaydalara düzgün əməl olunması və sanitar normaların qorunması baxımından vacibdir.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı danışan ilahiyyatçı Tural İrfan Demokrat.az-a bildirib ki, harada gəldi, yol kənarında, küçədə və ya həyətdə heyvan kəsmək düzgün deyil. Onun sözlərinə görə, hər yeri sallaqxanaya çevirmək dinimizin qaydalarına ziddir:

"Din təmizlik və ədəbə xüsusi önəm verir. Çox vaxt insanlar heyvanı kəsdikdən sonra dərisini və içalatını yol kənarına və ya zibil qutularına atırlar. Bu isə arzuolunan hal deyil. Belə qalıqlar küçə heyvanları tərəfindən dağıdılır və nəticədə antisanitariya yaranır. İslamda isə təmizlik imanın yarısı kimi qiymətləndirilir".

Bildirilib ki, qurban kəsib savab qazanmaq əvəzinə ətrafı çirkləndirmək və başqalarına narahatlıq yaratmaq böyük yanlışdır. Tullantılar xüsusi torbalara yığılaraq zibil məntəqələrinə atılmalıdır. Bu cür problemlərin yaşanmaması üçün hər qəsəbə və şəhərdə xüsusi kəsim məkanlarının olması mütləqdir. Hazırda bir çox qəssabın kütləvi kəsim üçün şəraiti olmadığından əhali məcburən ev şəraitində və ya açıq sahələrdə bu işi görür.

Qeyd olunub ki, qurbanlıq heyvanlar qoyun, keçi, inək, camış və dəvə ola bilər. İri buynuzlu heyvanları bir neçə nəfər ortaqlı şəkildə alıb kəsə bilər, lakin bunun üçün də mütləq uyğun və təmiz məkan seçilməlidir.

Yəni, qurban kəsərkən küçələri çirkləndirmək, tullantıları ətrafa ataraq antisanitariya yaratmaq və insanları narahat etmək dində qəbul edilmir və savabı itirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar