Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Zəngəzur dəhlizi ilə bağlı sözləri nədənsə bəzi erməni nəşrlərində “sensasion açıqlama” kimi təqdim edilib.
"Bakupost" xəbər verir ki, Ceyhun Bayramov Zəngəzur dəhlizindən danışarkən onun giriş və çıxış nöqtələrinin Azərbaycan ərazisində yerləşdiyini xatırladıb.
Erməni mediası isə bununla bağlı Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.
“TRİPP layihəsi Ermənistan Respublikası ərazisində fəaliyyət göstərəcək və onun qaydaları may ayında Ermənistanla ABŞ arasında imzalanmış çərçivə sazişində nəzərdə tutulub”, - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edək ki, TRİPP layihəsi Azərbaycanın əsas ərazisindən başlayır və Naxçıvana birləşir. Bu baxımdan C.Bayramovun “dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisində yerləşir” sözlərini erməni mediasına niyə “sensasiya” kimi qəbul edib, anlaşılmazdır.
Ermənistan XİN-in açıqlamasında isə bu reallıq təkzib edilməyib.