Ru
13:48 / 20 İyun 2026

Bazar gününün havası...

Bazar gününün havası...
Eye

İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

Azərbaycanın dağlıq və dağətəyi rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24°, bəzi yerlərdə 26-29° isti olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar