Ru
21:32 / 26 İyun 2026

BƏƏ ilə İran arasında mühüm telefon danışığı: Gərginlikdən sonra ilk təmas

BƏƏ ilə İran arasında mühüm telefon danışığı:  Gərginlikdən sonra ilk təmas
Eye

BƏƏ-nin xarici işlər naziri şeyx Abdulla bin Zayed Al Nəhyan Fars körfəzi regionunda gərginliyin başlanmasından sonra ilk dəfə iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığı aparıb.


Bakupost.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Əmirlik diplomatiyasının rəhbəri Abbas Əraqçının telefon zəngini qəbul edib. Tərəflər ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra regionda yaranmış vəziyyəti müzakirə ediblər.

Abdulla bin Zayed Al Nəhyan əldə olunmuş razılaşmanın bütün bəndlərinə tam əməl edilməsinin vacibliyini vurğulayıb.

"Ciddi diplomatiya və məsuliyyətli dialoq bütün regional və beynəlxalq böhranların nizamlanması üçün ən optimal yoldur", - deyə BƏƏ XİN rəhbəri bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar