Ru
23:17 / 12 Sentyabr 2026

Bəhreyn İranla görüşlərdən imtina etdi – Şərtini açıqladı

Bəhreyn İranla görüşlərdən imtina etdi –  Şərtini açıqladı
Eye

Bəhreyn İranla diplomatik münasibətlər bərpa olunana qədər bu ölkə ilə keçiriləcək kollektiv görüşlərdə iştirak etməyəcək.


"Bakupost" xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bəhreyn Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı nazirlər görüşünə də qatılmayacaq. Ölkə İranla diplomatik əlaqələr bərpa edilənədək Tehranın iştirak etdiyi hər hansı kollektiv toplantıda yer almayacaq.

Nazirlikdən qeyd olunub ki, Bəhreyn bu mövqeyini daha əvvəl diplomatik kanallar vasitəsilə Oman tərəfinə rəsmi şəkildə çatdırıb.

Bununla belə, XİN qərarın Oman hökumətinin səylərinə verilən qiymətə təsir etmədiyini vurğulayıb. Nazirlik Omanı fikir ayrılıqlarının həlli üçün dialoqa sadiqliyinə görə təqdir edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar