Belarus Ukrayna ilə sərhəddə, Qomel vilayətində xüsusi təyinatlı qüvvələrin yeni briqadasını formalaşdırmağa başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə sözügedən ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Vadim Denisenko “Birinci informasiya” telekanalına müsahibəsində məlumat verib.
“Məhz cənub istiqamətinin gücləndirilməsi üçün qərar qəbul olunub...Bu ən gərgin və diqqət tələb edən istiqamətdir və hamımızı ayıq vəziyyətdə saxlayır”, - deyə o bildirib.
Onun sözlərinə görə, briqadanın yaradılmasının ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Lalə,
BakuPost