Ru
15:51 / 18 İyun 2026

Belarus Ukraynaya nota verdi

Belarus Ukraynaya nota verdi
Eye

Bu gün Ukraynanın müvəqqəti işlər vəkili İvan Novitski Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

Məlumata görə, diplomata iyunun 17-də Rusiya Federasiyasının Bryansk vilayətində Ukraynanın pilotsuz uçuş aparatı tərəfindən Belarus vətəndaşlarını, əsasən uşaqları daşıyan mülki avtobusa edilən dron hücumu ilə əlaqədar etiraz notası təqdim olunub.

Ukraynalı diplomatın diqqətinə çatdırılıb ki, hücum nəticəsində Belarus vətəndaşı ölüb, daha 6 vətəndaş, o cümlədən 5 uşaq yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Belarus Ukraynadan baş verənlərin hərtərəfli izahat, eləcə də dərhal və obyektiv araşdırma aparılmasını, habelə bütün günahkarların ciddi məsuliyyətə cəlb edilməsi barədə məlumat verilməsini tələb edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar