Ru
19:45 / 19 Oktyabr 2026

Belçikada iğtişaşları yatırmaq üçün xüsusi hərbi bölmə yaradılır

Belçikada iğtişaşları yatırmaq üçün xüsusi hərbi bölmə yaradılır
Eye

Belçika hökuməti kütləvi etiraz aksiyaları və iğtişaşlar fonunda yeni mobil bölmənin yaradılması imkanını nəzərdən keçirir. Hərbi hazırlığa malik olacaq bölmənin əsas vəzifəsi iğtişaşlar zamanı ictimai təhlükəsizliyi təmin etməkdir.


"Bakupost" xəbər verir ki, bu barədə Belçika mediası məlumat yayıb.

“Jandarmeriya 2.0” adlandırılan yeni bölmənin yaradılması təşəbbüsü Avropanın paytaxtlarında, xüsusilə Brüssel və Parisdə son vaxtlar baş verən zorakı iğtişaşlarla əlaqələndirilir.

Belçika müdafiə naziri Teo Franken bildirib ki, məsələ ilə bağlı Müdafiə və Daxili İşlər nazirlikləri arasında artıq məsləhətləşmələr aparılır.

“Hərbi hazırlığa malik operativ ehtiyat qüvvəyə ehtiyacımız var. Zorakılıq bu miqyaslara çatdıqda vətəndaşlarımızı qoruya bilməliyik”, - Franken qeyd edib.

Belçika baş naziri Bart De Vever də bu təşəbbüs barədə məlumatlandırılıb.

Belçikada yeni bölmənin yaradılması məsələsinin müzakirəsinə oktyabrın 17-də Brüsseldə baş vermiş iğtişaşlar səbəb olub. Şəhər mərkəzində gənclərin iştirakı ilə keçirilən etiraz aksiyaları zamanı nümayişçilər mağazalara ziyan vurub, zibil konteynerlərini və avtomobilləri yandırıblar. Polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar