Ru
22:40 / 14 Sentyabr 2026

Bərdədə ağır qəza - Ölən və xəsarət alanlar var

Bərdədə ağır qəza - Ölən və xəsarət alanlar var
Eye

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza günorta saatlarında rayonun Alpout kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı “VAZ-2109” və “Saipa” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan 5 nəfərdən 4-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq “VAZ-2109” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədiyəyev Aydın Akif oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin qızı, “VAZ-2109”un sürücüsünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Məmmədiyəyev Zemfira Vaqif qızı və 1974-cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar