Ru
12:22 / 18 Dekabr 2025

Berlində “Rus Evi” qalmaqalı – Alman siyasətçilər mərkəzin bağlanmasını tələb edir

Berlində “Rus Evi” qalmaqalı – Alman siyasətçilər mərkəzin bağlanmasını tələb edir
Eye

Almaniyanın aparıcı siyasi qüvvələrinin nümayəndələri Berlin şəhərində fəaliyyət göstərən “Rus Evi”nin bağlanması tələbi ilə çıxış ediblər.

Bakupost.az “Süddeutsche Zeitung” qəzetinə istinadən xəbər verir ki, Xristian-Demokrat İttifaqının (XDİ) və “Yaşıllar” Partiyasının deputatları bu qurumu Rusiya təbliğatının aləti kimi qiymətləndirir və onun Almaniyanın milli maraqlarına zidd fəaliyyət göstərdiyini bildirirlər.

XDİ-nin xarici siyasət üzrə eksperti Roderix Kizevetter yerli nəşrə açıqlamasında “Rus Evi”nin dərhal bağlanmalı olduğunu deyib. Onun sözlərinə görə, mərkəz sanksiyalardan yayınaraq fəaliyyət göstərir və siyasi təsir aləti kimi istifadə olunur:

“Bu, Rusiyanın siyasi alətidir, sanksiyaları açıq şəkildə dolaşır və dərhal bağlanmalıdır”.

Almaniyalı deputatlar həmçinin 2011-ci ildə imzalanmış Rusiya-Almaniya hökumətlərarası razılaşma çərçivəsində Berlinin “Rus Evi”nin yerləşdiyi binanı kommunal xidmətlərlə təmin etməsindən narazılıq edirlər. Qanunvericilərin fikrincə, Almaniya büdcə vəsaiti hesabına bu cür qurumun saxlanılması əsassızdır və siyasi risk yaradır.

Qeyd edək ki, 2025-ci il ərzində “Rus Evi”nin bağlanması tələbi üçüncü dəfə gündəmə gəlir. Fevral ayında mərkəzin Bakıdakı filialı, noyabrda isə Kişinyovdakı nümayəndəliyi fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı Almaniya hökumətinin rəsmi qərarı hələ açıqlanmayıb. Mərkəzin bağlanması halında Berlin-Moskva münasibətlərində gərginliyin daha da arta bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar