Bu il Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti bir barel üçün 66.7 dollar təşkil edəcək.
Bakupost.az Beynəlxalq Valyuta Fondunun (BVF) saytına istinadən xəbər verir ki, bu barədə BVF əməkdaşlarının Azərbaycanın 2026-cı il üzrə IV Maddə missiyasını tamamlamalarının yekunlarına dair press-relizdə deyilir.
BVF-nin proqnozlarına görə, 2027-ci ildə bu göstərici 64.9 dollara qədər azalacaq, 2028-ci ildə 65.4 dollar, 2029-cu ildə isə 66.4 dollar olacaq.
Qeyd edilir ki, 2030-cu ildə ixrac neftinin orta qiyməti bir barel üçün 67.2 dollara çatacaq, 2031-ci ildə isə 68.5 dollar təşkil edəcək.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.