Ru
15:47 / 29 Sentyabr 2026

Beynin sirli inkişafı: Alimlər yeni iz tapdı

Beynin sirli inkişafı: Alimlər yeni iz tapdı
Eye

Stanford Universitetinin alimləri insan beyninin inkişafının ilkin mərhələsində hüceyrələrin iki fərqli qrupa ayrıldığını müəyyən ediblər.

“Bakupost” xəbər verir ki, araşdırmaya görə, bu hüceyrə qruplarından biri ön və orta beynin, digəri isə arxa beynin inkişafında iştirak edir. Oxşar inkişaf fərqinin insan kök hüceyrələrində də müşahidə edildiyi bildirilib.

Alimlər beynin inkişafının çox erkən mərhələsində hüceyrələrin hansı beyin bölgəsinə çevriləcəyi ilə bağlı bioloji məlumat daşıdığını müəyyən ediblər. Araşdırmada hüceyrələrin 96 faizinin yalnız ön və orta beyinə və ya yalnız arxa beyinə töhfə verdiyi görülüb.

Tədqiqatın mühüm nəticələrindən biri isə kök hüceyrələrdən laboratoriyada arxa beynin motor neyronlarının əldə edilməsidir.Bu hüceyrələrin gələcəkdə amiotrofik lateral skleroz (ALS) və spinal əzələ atrofiyası (SMA) kimi xəstəliklərin araşdırılmasında istifadə oluna biləcəyi bildirilir.

Araşdırma “insan beyninin iki ayrı orqan olması”nı göstərmir. Nəticələr beynin erkən inkişaf mərhələsində iki fərqli hüceyrə mənşəyinin olduğunu göstərir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar