Azərbaycanın əsas ərazilərindən Naxçıvana Ermənistan üzərindən planlaşdırılan Zəngəzur dəhlizi qonşu ölkələr arasında ticarətin inkişafına töhfə verəcək.
Bakupost.az xəbər verir ki, bunu Araşdırma agentliyi "InfraNyus"un baş direktoru Aleksey Bezborodov Rusiya mediasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi həm Azərbaycan və Ermənistan iqtisadiyyatlarının artımına kömək edəcək, həm də Gürcüstan, İran, İraq və Türkiyədə ticarətin inkişafına müsbət təsir göstərə bilər.
Mütəxəssis vurğulayıb ki, bu, regional əlaqələri gücləndirəcək qısa bir regional marşrutdur.