Ru
11:24 / 12 İyun 2026

Bəzi ərazilərə leysan yağır

Bəzi ərazilərə leysan yağır
Eye

İyunun 12-si saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Kişçayda (Şəki) 27, Şahdağda 20, Daşkəsəndə 14, Sarıbaşda (Qax) 13, Göygöl, Gədəbəydə 10, Oğuzda 8, Xaltanda 7, Gəncədə 6, Zərdab, Qəbələ, Tovuz, Ağstafada 5, Şamaxı, Naftalanda 4, Bərdədə 3, Goranboy, Yevlax, Göyçay, Kürdəmir, Ağdam, Zaqatalada 2, Şəmkir, Balakən, Qobustan, Quba, Qusar, Xaçmaz, Xınalıq, Xızı, İsmayıllı, Tərtər, Mingəçevir, Sabirabadda 1 mm-dək qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar