Ru
11:49 / 26 İyun 2026

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki zonasında leysan xarakterlidir

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki zonasında leysan xarakterlidir
Eye

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.


Bakupost az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntılar Balakən-Şəki zonasında leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 37, Zaqatalada 20, Oğuzda 19, Qaxda 15, Balakəndə 12, Göyçay, Qəbələdə 10, Mingəçevirdə 9, Şamaxıda 8, Ağdamda 7, Şahdağda 6, Qusarda 5, Qubada 4, Zərdabda 3, Qobustanda 2, Naxçıvan, Ordubad, Gədəbəy, Xızı, Şabran, Bərdə, Tərtər, Yevlax, İmişli, Şuşa, Füzuli, Kəlbəcər, Zəngilanda 1 mm-dək qeydə alınıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar