Ru
10:14 / 17 Sentyabr 2026

Bəzi yerlərə yağış yağıb, duman müşahidə edilir

Bəzi yerlərə yağış yağıb, duman müşahidə edilir
Eye

Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə duman müşahidə olunur.

"Bakupost" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Əksər rayonlarda isə hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar