Xəbər verdiyimiz kimi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC ( ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun işçilərinin digər zavodlara köçürülməsinə qərar verib.
Bakupost.az xəbər verir ki, bu qərar zavodun işçilərinin narazılığına səbəb olub. Qərarla razılaşmayan işçilər zavodun qarşısında etiraz aksiyası keçiriblər.
Bu barədə görüntülər sosial mediada yayılıb.
Aksiya keçirən işçilər zavodun bağlanmasına etiraz ediblər.
Zaur, BakuPost
AzSSR dövründə neftdən dəfələrlə çox dollar gətirən maşınqayırma, cihazqayırma, neft krekinqi, neft-kimyası və digər dəyərli (demək olar heç bir aşınmasız qala bilən dəyərli dəzgahları və zərərsiz istehsal potensiallı yüzlərlə zavad-fabriklər milyonlara və hazırki milyardlıq dəyərlərə deyil, demək olar ki, heç nəyə yox edilib? 2005ci ildən işçilərinə 300 mindən az əmək haqqını borcunu bu günə qədər Məhkəmə və İcra idarəsi ilə də *ödəyə bilməyən?* *B.Sərdarov zavodu* İH sədri əski ümumxalq-dövlət mülkiyyətinə özəlləşdirməyə on dörd milyonu kimlərlə topladı, ya kimlərə ötürdü? *Bibiheybət* zavoduna dürüst maddi-texnoloji dəyər qoyulmalı və həmin məbləğ onu alanlardan və ya köçürüləcək yeni müəssisələrdən alınıb, həmin tam məbləğ ədalət naminə bütün zavod işçilərinə bərabər bölünüb rəsmən ödəndiyi gün-tarixdən sonra köçürülə, ya ləğv edilə bilər?