Saatlıda 50 yaşlı kişi qətlə yetirilib.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə rayonun Fətəlikənd kəndində baş verib.
Kafedə yeyib-içdikdən sonra Fətəlikənd sakini, 49 yaşlı Rızvan Söhbətovla bibisi oğlu, 50 yaşlı Rövşən Abdullayev arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Rövşən Abdullayev çoxsaylı bıçaq xəsarətləri alıb.
Ürək nahiyəsindən xəsarət alan R.Abdullayev Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Saatlı Rayon Prokurorluğu da məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalarla Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, R.Söhbətov R.Abdullayevin yeznəsi imiş.
Faktla bağlı cinayət işi başlanıb, Rizvan Söhbətov şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.