Ru
13:17 / 07 Sentyabr 2026

Biləcəridə hər tərəfdən “blokadadayıq”: Yolları qazıblar, təmir etmirlər - Aparıcıdan etiraz

Biləcəridə hər tərəfdən “blokadadayıq”: Yolları qazıblar, təmir etmirlər - Aparıcıdan etiraz
Eye

Aparıcı Amil Xəlil Biləcəridə yolların bağlı olması və ərazidə yaranan nəqliyyat sıxlığı ilə bağlı etirazını bildirib.

“Bakupost” xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videoda Biləcərinin dörd girişindən üçünün bağlı olduğunu deyib:

“Biləcəri bu dəqiqələrdə “blokadada”dır. Dörd tərəfdən girişi var, onun üçü bağlıdır. Biləcərinin 300 nömrəli məktəbinin qarşısını 10 gündür qazıblar, bağlayıblar, təmir etmirlər.

Biləcərinin kəndi tərəfində də eyni vəziyyətdir. “Şamaxinka” adlanan ərazidən Biləcəriyə düşən yolu da asfalt örtüyü çəkildiyinə görə bağlayıblar. Heç olmasa, bu yollardan birini açardılar ki, camaat da alternativ yol kimi istifadə edə bilsin. Bir alternativ yol var, o da “Azadlıq” metrosu və Rəsulzadə qəsəbəsi tərəfdəndir. Vallah, ora da hər zaman tıxacdır. Məsələ budur ki, əslində işçilər işi qurtarıblar. Sadəcə, problem təsdiq məsələsidir. Hansısa qurum işi görür, digər qurum gəlib baxmalıdır, ondan sonra başqa qurum gəlib təsdiqləməlidir. Bəlkə də yazıqlar işi vaxtından əvvəl təhvil verirlər, amma təsdiq gözləməlidirlər. Bir işi dörd qurum gördüyünə görə bu problemlər yaşanır. Bəlkə də bir saatdan çoxdur, mən hələ öz məhəlləmizdən digər tərəfə güclə keçmişəm. Heç olmasa, Sulutəpə tərəfdən Biləcəriyə daxil olan yolu açardılar”.

Lalə, BakuPost
" target="_blank">



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar