Ru
21:11 / 11 Avqust 2025

Biləsuvarda qəza: 2 ölü, 3 yaralı

Biləsuvarda qəza: 2 ölü, 3 yaralı
Eye

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21015" markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar