Ru
17:15 / 08 İyun 2026

Binəqədidə küçədən neft çıxır? - VİDEO

Binəqədidə küçədən neft çıxır?  - VİDEO
Eye

Binəqədi rayonu Biləcəri qəsəbəsi 10 May küçəsində yerdən neft çıxması ilə bağlı görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Elnurə Abuşova sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, sakinlər tərəfindən aidiyyəti qurumlara müraciət olunsa da, problem aradan qaldırılmayıb. Videodan da neftə bənzər məhsulun küçə boyu axdığı aydın görünür.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən məsələ ilə bağlı aidiyyəti quruma müraciət edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar