Ru
19:47 / 16 Oktyabr 2026

Bir cüt qolu və iki başı olan uşaq doğuldu

Bir cüt qolu və iki başı olan uşaq doğuldu
Eye

Hindistanın Odişa ştatında nadir anadangəlmə inkişaf xüsusiyyəti ilə dünyaya gələn körpə intensiv terapiya şöbəsinə yerləşdirilib.

"Bakupost" Lent.az-a istinadla xəbər verir ki, körpə oktyabrın 10-da Kandhamal dairəsində doğulub.

Həkimlər hamiləliyin 32-ci həftəsində qeysəriyyə əməliyyatı həyata keçiriblər. Doğuşdan dərhal sonra körpə yenidoğulmuşlar üçün intensiv terapiya şöbəsinə köçürülüb.


Nadir vəziyyətlə bağlı müayinələr aparılır

Məlumata əsasən, tibbdə “disefalik parapagiya” adlandırılan bu vəziyyət bitişik əkizliyin nadir formasıdır. Yenidoğulmuşun ortaq gövdə üzərində iki başı və iki boynu, bir cüt qolu və ayağı var. Xarici cinsiyyət orqanlarının kişi tipli olduğu bildirilib.

Daxili orqanların quruluşu və yanaşı sağlamlıq problemləri barədə ətraflı məlumat hələ açıqlanmayıb. Həkimlər vəziyyəti qiymətləndirmək və sonrakı tibbi yardım planını müəyyənləşdirmək üçün müayinələr aparırlar.

Ailənin ilk övladıdır

Tumudibandh bölgəsində yaşayan cütlüyün ilk övladı olduğu bildirilir. Ata gündəlik muzdla işləyir. Ana isə hamiləlikdə ağırlaşma riski səbəbindən ixtisaslaşmış tibb mərkəzinə göndərilib.

Yenidoğulmuş həkim nəzarətində saxlanılır

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar