Ru
03:36 / 02 Aprel 2026

Bir də baxırsan, yoxuq, sanki heç olmamışıq...

Bir də baxırsan, yoxuq, sanki heç olmamışıq...
Eye


Anar Niftəliyev
Yalan danışırsınız!
"Bir gün yaranan bir gün də gedəcək"
"İnsan fanidir"
"Hamı öləcək..."
Deyirsiniz, sözdə - heç biriniz inanmırsınız, bilmirsiniz, hiss etmirsiniz.
Ayların, illərin, qərinələrin bu qədər sürətləndiyi zamanda göz açmadan son çatır.
Sonunuzu dərk etmirsiniz, duymursunuz - amma o, hər gün, hər an, hər saniyə, bax elə bu sətirlər yazılanda da yaxınlaşır.
Xatirələrdə yalnız sizi tanıyanlar ölənə qədər yaşayırsınız.
Bir də baxırsan, yoxuq, sanki heç olmamışıq...
Qəbrimizə gələn də yoxdur - çünki bizi görənlər, tanıyanlar da 20-30 il sonra bu həyatda olmur.
Necə ki, sən bu dünyaya gəlməmişdən yox idin, səni tanıyanlar öləndən sonra xatirələrdən belə silinirsən.
Necə ki, babam mənim üçün olmayıb, mövcud deyil - çünki görməmişəm, bilmirəm və onun yoxluğu mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Halbuki nəvəsiyəm, doğmasıyam.
Övladım üçün atamın yoxluğunun heç bir mənası yoxdur - çünki görməyib, o anadan olanda atam yox idi.
Mənimlə atam da tam silinəcək!
Dəhşətdir - babamın yoxluğu mənim üçün heç nə demək deyil.
Nəvəm, nəticəm üçün də mən...
Bu gün gedən xatirəmdir, uşaqlığımdır, gəncliyimdir, atalı günlərimdir, analı həyatımdır...
Xatirələrimi diri tutanlar, mənimlə birgə o xatirələri daşıyanlar ölür, özləri xatirəyə çevrilir; mənimlə birgə daşıdığı xatirələrin üstünə çıxıb, xatirə olur.
Bir də baxırsan, səninlə birgə xatirələrini daşıyan qalmayıb.
Təm-tək bu xatirələri dartıb aparmaq getdikcə çətinləşir. Bir də ayılırsan ki, dartırsan, gəlmir.
Dayan, söykən xatirələrinə, dincini al... Və dayanan kimi, öz xatirələrinə söykənən kimi daşlaşırsan, öz xatirələrinlə birgələşirsən.
Və bitdi?
Bitdi!


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar