Ru
11:07 / 10 Oktyabr 2026

Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı – DİN

Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı – DİN
Eye

Oktyabrın 9-da Azərbaycanda polis əməkdaşları tərəfindən 45 cinayətin üstü açılıb, axtarışda olan 84 nəfər saxlanılıb.

"Bakupost" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, açılan cinayətlərdən 42-si oktyabrın 9-da qeydə alınıb, 3-ü isə əvvəlki dövrlərdən bağlı qalan cinayət işləridir.

Həmçinin axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 61-i borclu şəxs qismində axtarışda olub.

Ötən gün narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 4 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar