Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi məsələlər üzrə prorektoru Nəsimi İsmayılov elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə vəzifəsindən azad olunub.
Axar.az Yeni Sabah-a istinadla xəbər verir ki, bundan sonra Nəsimi İsmayılov maliyyə naziri Sahil Babayevin müvafiq əmri ilə qurumun Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.