Ru
18:21 / 08 İyun 2026

Bir qrup şəxsə güzəştli kreditlər veriləcək - Fərman

Bir qrup şəxsə güzəştli kreditlər veriləcək - Fərman
Eye

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilib.


Bakupost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycanda balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə güzəştli kredit ala biləcəklər.

Bunun üçün Agentliyin vəsaitindən istifadə qaydası dəyişdirilib.

Belə ki, bundan sonra Agentliyin vəsaiti kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqlara, suvarma sistemləri dəstlərinə və avadanlıqlarına, habelə damazlıq heyvanlara verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar