“MPAY” MMC-yə məxsus ödəniş terminallarında “Birbank” əməliyyatlarına komissiya tətbiq olunması istehlakçıların xərclərinə müəyyən qədər təsir göstərəcək. Lakin bu komissiyaların ciddi xərc yaratması gözlənilmir.
İqtisadçı
Ruslan Atakişiyev “Bakupost”a bildirib ki, şirkətlər göstərdikləri xidmətlər müqabilində xidmət haqlarını, o cümlədən komissiya haqlarını özləri müəyyənləşdirirlər.
Onun sözlərinə görə, şirkətlərin komissiya tətbiq etməsinin səbəbləri göstərilən xidmətlərin xərcləri, işçi heyətinin saxlanılması və digər fəaliyyətlərlə bağlı xərclərlə əlaqəli ola bilər.
Ekspert qeyd edib ki, istənilən komissiya haqqının ödənilməsi müəyyən qədər əlavə xərc yaradır və bu, istehlakçıların ümumi xərclərinə təsir göstərir. Bununla belə, onun fikrincə, sözügedən komissiyalar böyük və ciddi xərc hesab olunmur.
Vüsalə Hüseynova,
BakuPost