Ru
18:23 / 23 Avqust 2026

Birgə layihələrin təməli qoyuldu - Yeni iş yerləri yaradılacaq

Birgə layihələrin təməli qoyuldu -  Yeni iş yerləri yaradılacaq
Eye

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birgə layihələrin icrasına start verilməsi mərasimində iştirak ediblər.

"Bakupost" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Mərasim çərçivəsində bank sektoru, müasir tikinti materiallarının istehsalı, təhsil müəssisələrinin yaradılması, yanacaqdoldurma infrastrukturu, iri turizm və yaşayış komplekslərinin tikintisi, mineral xammalın emalı və bağçılığın inkişafını nəzərdə tutan birgə layihələrə start verilib.

Tədbir iştirakçıları layihələrin həyata keçirildiyi regionlardakı ərazilərlə onlayn əlaqə saxlayaraq görülən işlər barədə məlumat veriblər.

Qeyd olunub ki, yeni birgə layihələr iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın daha da genişlənməsinə, qarşılıqlı investisiyaların həcminin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi əməkdaşlığın konkret layihələrlə zənginləşdirilməsinə töhfə verəcək.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar