Ru
18:58 / 20 İyul 2026

"Birlik" Karate Klubunun üzvləri "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış etdi

"Birlik" Karate Klubunun üzvləri "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış etdi
Eye

"Birlik" Karate Klubunun karate və parakarate üzrə idmançıları Azərbaycan Karate Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Olimpiya Ümidləri" beynəlxalq turnirində uğurla çıxış ediblər.


Bu barədə "Bakupost"a klubdan məlumat verilib.

Məşqçi Sənan Cəfərovun yetirmələrindən Gülay Orucova (U-21, 61 kq) və Ercan Aslan (parakarate, K22 kateqoriyası) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Amin Əsədli (U-14, 50 kq) gümüş, Lətif Səfərov (kadet, 70 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyadan ümumilikdə 600 idmançı mübarizə aparıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar