Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Ayselin doğum günü münasibətilə paylaşım edib.
"Bakupost" xəbər verir ki, aparıcı sosial media hesabında birlikdə olan videolarını yayımlayaraq ona sevgi dolu sözlər yazıb.
“Birlikdə keçdiyimiz hər yol, hər çətinlik, hər gülüş bizi bu günə gətirdi. Arzum budur ki, başqalarına verdiyin sevginin hamısı sənə qat-qat qayıtsın. Doğum günün mübarək” deyə, İlkin qeyd edib.
Qeyd edək ki, İlkin və Ayselin iki övladı var.