Ru
14:10 / 02 Sentyabr 2026

Blogeri ağaca bağlayıb yandırdılar - Bu ölkədə

Blogeri ağaca bağlayıb yandırdılar - Bu ölkədə
Eye

Hindistanın Pəncab əyalətində 28 yaşlı sosial media fenomeninin ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.

"Bakupost" Milli.az-a istinadla istinadən xəbər verir ki, Manjeet Kaur iki tanışı tərəfindən qaçırıldıqdan sonra ağır işgəncələrə məruz qalıb.

Məlumata görə, hadisə iyulun 3-də gecə saatlarında baş verib. Kaur iki tanışı ilə görüşmək üçün Çandiqarxdakı bir əraziyə çağırılıb. Bundan sonra onun zorla avtomobilə mindirilərək Morinda yaxınlığındakı meşəlik əraziyə aparıldığı bildirilir.

İddialara əsasən, burada gənc qadın döyülüb, tut ağacına bağlanıb və yandırılıb. Hadisə yerinə gələn şəxslərdən biri Kauru alovlar içərisində görərək üzərinə yorğan atıb və yanğını söndürüb.

Ağır yanıq xəsarətləri alan qadın təxminən iki ay ərzində həyat mübarizəsi aparıb. Lakin o, avqustun 26-da xəstəxanada vəfat edib.

Tibbi ekspertizanın nəticələrinə əsasən, Kaur öldüyü zaman təxminən 7 həftəlik hamilə olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar