Ru
18:18 / 20 May 2026

BMT-nin xüsusi məruzəçisinin köməkçisi: Gənclər bərabərsizliyə qarşı mübarizəni davam etdirir

BMT-nin xüsusi məruzəçisinin köməkçisi: Gənclər bərabərsizliyə qarşı mübarizəni davam etdirir
Eye

Çox vaxt gənclər haqqında danışılır, amma gənclərin özləri danışdırılmır. Biz artıq qərarlar qəbul edildikdən sonra müxtəlif tədbirlərə dəvət olunuruq, “sabahın liderləri” kimi təriflənirik.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfransda BMT-nin etnik azlıqların hüquqları üzrə xüsusi məruzəçisinin köməkçisi, “Nicolas Levrat” heyətinin üzvü Amiour Nazim deyib.

“Bu gün də yeni nəsil yetişir. Gənclər artıq dəyişiklikləri miras almağı gözləmirlər, onlar bu dəyişiklikləri fəal şəkildə özləri yaradırlar. Qlobal Cənub boyunca gənclər diplomatiyanı Şimaldan Qlobal Cənuba və region daxilində dəyişdirirlər. Gənclik hərəkatları bərabərsizlik, zorakılıq və Aparteidə qarşı mübarizəni davam etdirir, həmçinin gəncləri və gələcək qlobal tərəfdaşları hazırlamaq üçün fəal şəkildə çalışır. Qlobal Cənub boyunca aydın görünür ki, gənclər gələcəyi formalaşdırmaqda aktivdirlər. Bu səylər ayrı-ayrı hərəkətlər deyil, Qlobal Cənub üzrə kollektiv bir oyanışı təmsil edir”, - o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar