Ru
14:26 / 02 Oktyabr 2026

“BMW”dən yeni elektrikli modellər gəlir

“BMW”dən yeni elektrikli modellər gəlir
Eye

“BMW” 2028-ci ildə Avropa bazarı üçün yeni giriş səviyyəli elektrikli model təqdim etməyə hazırlaşır. Kompakt modelin “BMW i1” adı ilə satışa çıxarılacağı gözlənilir.

“Bakupost” xəbər verir ki, yeni modelin “Neue Klasse” platforması əsasında hazırlanması planlaşdırılır. Avropa bazarına yönələcək avtomobilin kompakt hetçbek olması gözlənilir, lakin kuzov tipi hələ rəsmi olaraq açıqlanmayıb.

Yeni modelin arxa ötürücülü olması, həmçinin iki mühərrikli versiyasının təqdim edilməsi ehtimal olunur. Avtomobilin giriş səviyyəsində yerləşdiriləcəyi və daha münasib qiymətli elektrikli model kimi təqdim olunacağı bildirilir.

“BMW” həmçinin bu il tam elektrikli “iX4” modelini təqdim etməyə hazırlaşır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar