Ru
12:43 / 10 İyul 2026

“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir

“Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
Eye

Son günlər “Bolt”da fəaliyyət göstərən bəzi sürücülərlə bağlı eyni məzmunlu şikayətlər artmaqdadır. Sərnişinlərin iddiasına görə, tətbiqdə görünən gediş haqqı ilə sürücünün sistemində göstərilən məbləğ arasında 2-3 manat fərq yaranır və sürücülər müştəridən öz sistemlərindəki məbləği tələb edirlər.

"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Axar.az-a açıqlamasında müştəriyə şirkət tərəfindən güzəşt verildiyi bildirilib.

“Güzəşt veriləndə müştəridə və sürücüdə məbləğ fərqli görünür. Lakin o qiymət fərqini sürücüyə şirkət verir. Biz sərnişinə güzəşt ediriksə, o məbləği sürücüyə özümüz ödəyirik”, - o bildirib.

N.Kazımovanın sözlərinə görə, ola bilsin ki, bəzi sürücülər bunu bilmir və yaxud qəsdən edirlər:

“Bu halla rastlaşan sərnişinlər şirkətə müraciət edə bilərlər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar