Türkiyənin İstanbul şəhərində estetik prosedur sonrası qadının göz qapağı düşüb.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zərərçəkən toy öncəsi özünü həkim kimi təqdim edən şəxsin evində proseduru etdirib. Botoksdan sonra onun göz qapağında sallanma yaranıb.
Gənc qadın həmçinin qarşıdan gələn toy mərasimi ilə bağlı ciddi narahatlıq keçirdiyini bildirib. Onun sözlərinə görə, bir neçə aydan sonra keçiriləcək toyunun hazırkı vəziyyətinə görə təxirə salınması ehtimalı da var.
Qeyd edək ki, botoksun təsiri keçdikdən sonra vəziyyətinin normallaşacağı deyilib və qadın hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxsdən şikayətçi olub.