Avstraliyada kriket məşqi zamanı boynuna top dəyən yeniyetmə ölüb.
Bakupost.az xəbər verir ki, “Ferntree Gully” Kriket Klubunun üzvü 17 yaşlı Ben Ostin (Ben Austin) çərşənbə axşamı məşq edərkən atılan top onun boynuna dəyib.
O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin yeniyetmə ertəsi gün ölüb.
"O, istedadlı və populyar kriketçi idi. Onun ölümü yerli icmamız üçün böyük itkidir. Bu xəbərin icmamıza nə qədər dərin təsir edəcəyini bilirəm. Biz kriket klublarına bütün mümkün dəstəyi göstərəcəyik", - Kriket Assosiasiyasının prezidenti Arni Uolters bildirib.
Klubun açıqlamasında bildirilir ki, Austin qoruyucu dəbilqə geyinib, lakin boyun qoruyucusu olmadan məşq edib.
Məqalədə qeyd olunur ki, oxşar hadisə 2014-cü ildə də baş verib, 25 yaşlı Fil Hyuz matç zamanı başına top dəydikdən sonra vəfat edib.
Aygün, BakuPost